x
Loading...
.

Fransa və Almaniya Türkiyə məsələsində anlaşdı

Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel arasında görüş baş tutub.

Metbuat.az-ın məlumatına görə, görüşün əsas müzakirə mövzusu Türkiyə olub. Hər iki lider, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Avropa ölkələrini "nasist" və "faşist" ifadələri ilə təhdid etməsinin qəbuledilməz olduğunu bildirib.

Sonda Olland və Merkel Türkiyə məsələsində ortaq məxrəcə gələ biliblər. Belə ki, Almaniya və Fransanın qanunlarına zidd addımlar atılmayacağı təqdirdə, Türkiyə hökumətinin referendumla bağlı hər iki ölkədə tədbir keçirməsinə icazə veriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR