Ukraynanın Zaporojye şəhərində yerləşən "Zaporojkoks" zavodunda partlayış verib.

Metbuat.az bildirir ki, üç nəfər partlayış anındaca dünyasını dəyişib, bir nəfər isə təcili tibbi yardım maşınında keçinib. İddialara görə, partlayışa çənin yaxınlığında aparılan qaynaq-təmir işləri səbəb olub.

Hadisə yerində olan polislərin "061"ə verdiyi məlumata görə, həlak olanlar zavodun əməkdaşları yox, qaynaq işləri görən podratçılardır.