Cinayətkarlarla polislər arasında atışma: 5 ölü

Cinayətkarlarla polislər arasında atışma: 5 ölü
09:18 17 Mart 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Meksikada Halisko ştatının Hokotepek şəhərində cinayətkarlarla polislər arasında güclü atışma olub.

Publika.az "RİA Novosti"-yə istinadən xəbər verir ki, atışmada 5 cinayətkar öldürülüb.

Hadisə ilə bağlı polislərin verdiyi məlumatına görə, cinayətkarlar polislərə hücum ediblər. Bir neçə cinayətkar hadisə yerindən qaça bilib. Ölənlər arasında polis əməkdaşlarının olmadığı deyilir.

Hadisə yerindən bir neçə avtomobil və silah müsadirə edilib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/191692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR