Tailandda yerləşən dünyanın ilk fil xəstəxanasının büdcə problemləri səbəbindən bağlanacağı gözlənilir.
Metbuat.az-ın məlumatına görə, Asiya Filləri Dostları təşkilatından verilən açıqlamada Tailand hökuməti tərəfindən maddi dəstək göstərilməyəcəyi təqdirdə xəstəxananın bağlanacağı bildirilib.
Təşkilatın prezidenti Soraida Salvala 25 il ərzində xəstəxanada 4 min 600-dən çox filin müalicə aldığını deyib. Ancaq hazırda orada cəmi 5 fil var.
Qeyd edək ki, 2008-ci ildə xəstəxanada protez fil ayağı hazırlanmışdı.
