Silah səsləri altında dərs oxuyurlar -

Qəzzanın cənubundakı Han Yunus şəhərində yerləşən, qızlar üçün nəzərdə tutulmuş Huzaa Şəhidləri adına məktəbdə təhsil alan şagirdlər silah səsləri altında dərs oxumağa çalışırlar.

Metbuat.az-ın məlumatına görə, fələstinli şagirdlər üçün İsrail sərhədinə 700 m məsafədə yerləşən məktəblərinə getmək, orada elm öyrənmək elə də asan deyil.

Şagirdlərdən Emire Kadih İsrail ordusunun səbəb olduğu qorxu hissini belə təsvir edib:

"Hər səhər İsrail əsgərlərinin sərhədi pozacağı, bölgəyə girəcəyi və yaxud da bizə atəş açacağı qorxusu ilə dərsə gedirik. Bəzən məktəbin yanındakı əkin sahələrini talan edirlər. Tez-tez silah və partlama səsləri eşidirik. Stress və narahatçılıq çəkə-çəkə dərslərimizi oxuyuruq.

Dərs vaxtı əsgərlərin hər hərəkətini görə bilirik. Qarşı tərəfdə hər hansısa bir hərəkətlənmə olanda qorxudan bütün diqqətimiz yayınır. Vəziyyət çox ağırdı".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR