"Pianoçu" filmini andıran Suriya küçələri -

AFB müxbiri Jozef Eydin çəkdiyi fotolar günə damğa vurub. Əvvəlcədən qeyd edim, şəkillər "Pianoçu" filmini sevənlərdə "deja vu" effekti yaradacaq.

Fotolarda Suriyanın Hələb şəhərində yaşayan 70 yaşlı Məhəmməd Muhiddin Anisin xarabaxanaya çevrilmiş evini tərk etməməsi diqqət çəkir. O, evində tənbəki çəkə-çəkə val dinləyərkən Jozef Eydin kamerasına yaxalanıb.

Məhəmməd Muhiddin Anis Hələbin El-Şaar məhəlləsində yaşayır.

Anisin klassik avtomobillərdən ibarət kolleksiyası var. Hələ 1950-ci illərdə Amerika avtomobillərini toplamağa başlayıb.

Anisin 1949 model "Hudson Kummodor" avtomobili

O, 70-ci illərdə İspaniyanın Saraqosa şəhərində tibb təhsili alıb. Daha sonra İtaliyada "Fiat" şirkətində tərcüməçi kimi çalışmağa başlayıb. Ən böyük hobbisi atasından qalan klassik avtomobilləri qoruyub saxlamaqdır.

Müharibə nəticəsində Anisin 20 avtomobilindən 13-nə zərər dəyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR