Portuqaliya çempionatında XXVI turun oyunlarına start verilib.


Fanat.Az xəbər verir ki, milli komandamızın üzvləri Kamran Ağayevlə Emin Mahmudovun çıxış etdiyi "Boavişta" səfərdə "Eştoril"in qonağı olub. Görüş qolsuz heç-heçə ilə başa çatıb.


Emin 81-ci dəqiqədə meydana daxil olub. Kamranın isə zədə səbəbindən adı “18-liy”ə salınmayıb.


Qeyd edək ki, “Boavişta” 34 xalla 8-ci pillədə qərarlaşıb.


Fanat.Az