Prezidentin gizli istifadə etdiyi lüks NƏQLİYYAT VASİTƏLƏRİ - FOTOLAR

Prezidentin gizli istifadə etdiyi lüks NƏQLİYYAT VASİTƏLƏRİ - FOTOLAR
15:38 18 Mart 2017
188 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Trampın sahibi olduğu lüks və bahalı nəqliyyat vasitələrinin adları açıqlanıb. Onların bir çoxu gizli saxlanılırdı.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, milyarder prezidentin avtomobil kolleksiyasına iki ədəd “Rolls Royce” model avtomobil daxildir. Bunlardan biri 1956-cı il istehsalı olan “Rolls Royce Silver Cloud”, digəri isə 500 min ABŞ dolları dəyərində olan yeni “Rolls Royce Fantom II” model avtomobilidir.

Siyahıda Donald Tramp üçün 24 əyarlı qızıldan hazırlanmış “Chopper” motosikletini və 1 milyon dollarlıq qiyməti olan “Mercedes Benz S-600 Guard” model zirehli avtomobili də var.

Bundan başqa, Donald Trampın ən çox istifadə etdiyi nəqliyyat vasitələri arasında salonu qızıldan hazırlanan 7 milyon dollarlıq “Sikorsky S-76” model helikopter və 100 milyon dollarlıq “Boeing 757” təyyarəsini də söyləmək olar.

Vasif Həsənli










Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/191860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR