"Juventus"un əfsanəvi qapıçısı Canluici Buffon xarici investorların İtaliya klublarını satın almasından narazıdır.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, veteran qolkiper bunun ziyanlı bir şey olduğunu bildirib.
"Roma" amerikanlarla əlaqə saxlayıb, Milan klubları çinlilərlə razılaşıb. Bunlar İtaliya üçün xoşagələn hadisələr deyil. Bizim futbola və ənənələrimizə ziyan verəcək şeylərdir. Depressiya ilə tibbi preparatların köməyilə mübarizə aparmaq? Ağır vaxtlar hər kəsin həyatında olur. Mən dərmanlardan həmişə qaçmışam. Həyatımın memarı özüm olmuşam və dərmana bel bağlamamışam".
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində