Bu gün Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiyalı rəsmilər açıqlama verib. Onların sözlərinə görə, sınaqlar uğursuz alınıb. Yapon dənizi istiqamətində atılan mərmilər bir neçə yüz metr uçduqdan sonra dənizə düşüb. Onların xüsusiyyətləri barədə ətraflı məlumat əldə etmək mümkün olmayıb.

Qeyd edək ki, 3 həftə əvvəl Pxenyan 4 ballistik raketi sınaqdan keçirmiş, mərmilərdən biri Yaponiya ərazisinə düşmüşdü.

Sübhan / Metbuat.az