22:17

Metbuat.az "The Guardian"a istinadən xəbər verir ki, Londonda baş verən terror aktı nəticəsində ölənlərin sayı 4-ə çatıb. Onların arasında terrorçu və polis məmuru da var. 20 nəfərin isə yaralı olduğu bildirilir. London polisi - Scotland Yard məlumatı təsdiqləyib.

Polis məmurları terror aktının 1 nəfər tərəfindən həyata keçirildiyini iddia edirlər.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

****

21:38

Londonda Böyük Britaniya parlamentinin önündə terror aktı baş verib.

Metbuat.az "Sky News"a istinadən xəbər verir ki, hadisə nəticəsində dünyasını dəyişənlərin sayı 2-ə çatıb.

İdarə etdiyi 4x4 cip ilə Vestminster körpüsündə 10 piyadanı əzən terrorçu daha sonra avtomobilini parlament binasının darvazasına çırpmışdı. Ardından polislərə bıçaqla hücum edən cinayətkar silahla vurularaq zərərsizləşdirilmişdi.

Hadisə şahidlərinin dediklərinə görə, terrorçu Asiya mənşəlidir.

London polisi - Scotland Yard insidenti terror aktı kimi qiymətləndirib.

Londonda terror:

Londonda terror:
Londonda terror:
Londonda terror:
Londonda terror:
Londonda terror:
Londonda terror:
Londonda terror: