Ukrayna və Rusiya arasında

Ukraynanın təhlükəsizlik məsələləri üzrə naziri Vasil Hriçak Krım səfəri zamanı, Rusiyanın “Eurovision” təmsilçisinin ölkəyə buraxılmayacağını açıqlayıb.

Metbuat.az-ın məlumatına görə, çox keçmədən Rusiya prezidentinin mətbuat xidmətinin əməkdaşı Dmitri Peskov məsələyə münasibət bildirib:

“Artıq namizədimiz bəllidir. Rusiyanı Yuliya Samoylova təmsil edəcək.

Ukrayna məsələsinə gəlincə, “Eurovision” mahnı müsabiqəsinin qaydalarında belə bir müddəa yoxdur”.

Qeyd edək ki, Ukrayna tərəfi Yuliya Samoylovanın yaxın üç il ərzində ölkəyə girişinə qadağa qoymağı planlaşdırır. İfaçının 2015-ci ildə Ukrayna qanunvericiliyinə zidd şəkildə Krıma səfər etməsi əsas səbəb kimi göstərilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR