Böyük Britaniya parlamentinin üzvü, Xarici məsələlər üzrə nazir Tobias Ellvud Londonda baş verən terror aktı zamanı yaralanan polis məmurunu xilas etmək üçün əlindən gələni edib.
Metbuat.az-ın məlumatına görə, polisə ilk tibbi yardımı məhz Ellvud göstərib. Mühafizəkarlar partiyasının üzvü məmura süni nəfəs verib. Təcili tibbi yardım maşını hadisə yerinə gələnə kimi Tobias Ellvud polisin yanında gözləyib.
Bütün cəhdlərə baxmayaraq, yaralanan polis dünyasını dəyişib.
Əvvəllər "Royal Green Jackets"də kapitan vəzifəsini tutan Tobias Ellvud Küveytdə xidmət edib. Əlavə edək ki, nazirin qardaşı Conatan 2002-ci ildə Balidə törədilən partlamada dünyasını dəyişib.
Tobias Ellvud 2014-cü ilin iyul ayından bəri Xarici Məsələlər üzrə Ofisdə nazir vəzifəsini tutur.
Son məlumatlara görə, Londonda baş verən terror aktı nəticəsində aralarında terrorçu və polis məmuru da olmaqla, ümumilikdə 4 nəfər ölüb, 20 nəfər isə yaralıdır.
