Londonda parlament binası yaxınlığında baş verən terror aktı nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Metbuat.az-ın məlumatına görə, Londondakı hadisə Brüssel terrorunun ildönümünə təsadüf edib.

2016-cı il martın 22-də Belçika paytaxtı Brüsselin Malbek metro stansiyasında və hava limanında terror aktı törədilmişdi. Hadisə nəticəsində ikisi terrorçu olmaqla, ümumilikdə 33 nəfər dünyasını dəyişmiş, 250 nəfər isə yaralanmışdı. Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması üzərinə götürmüşdü.

Brüssel qurbanlarının anıldığı bir gündə Londonda insidentin baş verməsi müəmmalı qarşılanıb.