Fransa Xarici işlər nazirliyi Ukraynanın suverenliyinin bərpa edilməsini tələb edib.
Metbuat.az-ın məlumatına görə, bəyanat birbaşa Rusiyaya ünvanlayıb. Yazılı mətndə qeyd olunub:
“Sərhədləri müzakirə mövzusu etmək beynəlxalq hüquqa zidd addımdır. Məhz bu səbəbdən Avropa Birliyi və Fransa Krımın Rusiya tərəfindən qeyri-qanuni ilhaqını tanımır.
Fransa hökuməti Krım yarımadasının silahlandırılması prosesini dəstəkləmir, həmçinin Krım tatarlarının insan haqlarının pozulması səbəbilə narahatlıq hissi keçirir”.