Donald Trampın prezident seçkilərində qalib olduqdan sonra Müdafiə Nazirliyindən (Pentaqon) andiçmə mərasimi üçün tank tələb etdiyinə dair iddialar öz təsdiqini tapıb.
Metbuat.az bildirir ki, "Huffington Post" Andiçmə Komitəsi tərəfindən Pentaqona göndərilən rəsmi elektron məktubları əldə edib. 13 dekabr, 2016-cı il tarixli məktublarda Komitənin andiçmə mərasiminə hərbi vasitələri daxil etmək istədiyi aydın şəkildə qeyd olunub.
Xəbərə görə, Tramp Ağ Evin önündəki Pensilvaniya küçəsinə tankları yerləşdirmək istəyirmiş. Lakin mərasimin Şimali Koreyayı andıracağından ehtiyatlanan Pentaqon sadəcə orkestrın və bayraqdarların iştirakına razılıq verib.