Türkiyə Nazirlər Kabinetinin son toplantısında vacib qərarlar verilib.

Metbuat.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Şimali Koreyanın Türkiyədəki aktivləri dondurulub. Buna Şimali Koreyanın ballistik raket sınaqlarını dayandırmaması səbəb olub.

Bundan başqa, Şimali Koreyadan Türkiyəyə mis və gümüş ixracı da dayandırılacaq. Həmçinin dövlət rəsmilərinin və ailələrinin ölkəyə girişinə qadağa qoyulması da planlaşdırılır.