Londonda törədilən terror aktında şübhəli bilinən 6 nəfər sərbəst buraxılıb.

APA-nın xəbərinə görə, bu barədə Skotland Yardın saytı məlumat verib.

Hazırda hadisə ilə əlaqədar 4 nəfər həbsdə qalır.

Bundan əvvəl Skotland-Yard terror aktını törədən Xalid Məsudun fotosunu yayımlayıb. Məlumata görə, o, əvvəllər Adrian Elms və Adrian Rassel Acao adları ilə tanınıb.

Qeyd edək ki, martın 22-də Londonda terror aktı nəticəsində 4 nəfər ölüb, 29 nəfər xəsarət alıb. Terrorçu - Kent qraflığının sakini, 52 yaşlı Xalid Məsud hücum zamanı polis tərəfindən məhv edilib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.