Bir sıra Avropa ölkələrindən ardınca Bolqarıstanda da Türkiyədə qarşı qalmaqal yaradacaq bir addım atıb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bolqarıstan hökuməti Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Aziz Babuşçunu “arzuolunmaz şəxslər” siyahısına salıb.
Bolqarıstan Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Agentliyi (DANS) ölkənin “milli təhlükəsizliyinə təhdid” hesab edərək millət vəkilinin Bolqarıstana girişinə qadağa qoyub.
Bolqarıstanın müvəqqəti hökuməti dünən daha 2 Türkiyə vətəndaşının ölkəyə daxil olmasını qadağan edib. Ancaq Bolqarıstan Daxili İşlər Nazirliyi onların adlarını açıqlamayıb.
Ömər