ABŞ Orta Şərqdəki əsgərlərinin sayını artırmağı planlaşdırır.
Metbuat.az bildirir ki, bu barədə "Fox News"a danışan Pentaqon rəsmisi məlumat verib. Onun sözlərinə görə, ABŞ İŞİD-lə mübarizədə silahlılarının sayını artırmaq məqsədilə İraq və Suriyaya 200 əsgər göndərəcək.
Məsələ ilə bağlı İŞİD-ə qarşı beynəlxalq koalisiyanın komandiri Stefen Taunsend təlimatlandırılıb. Əsgərlərin Mosulun 40 km cənubundakı, hava qüvvələrinə məxsus bazada xidmət keçəcəyi gözlənilir.