Şotlandiya parlamenti müstəqilliyə dair ikinci referendemun keçirilməsini dəstəkləyib. Səsvermənin nəticələri 69-un 59-a olub.

Metbuat.az-ın məlumatına görə, parlament üzvləri Şotlandiyanın birinci naziri Nikola Starcenə növbəti müstəqillik iddiası ilə Vestminster hökumətinin qarşısına çıxmağa icazə verib.

Böyük Britaniyanın baş naziri Tereza Mey daha öncə Breksit periodunda referendum keçirilməsinə icazə verməyəcəyini bildirmişdi.

Qeyd edək ki, 2014-cü ildə Şotlandiyada müstəqilliyə dair referendum keçirilmişdi. Seçicilərin əksəriyyəti Böyük Britaniyadan ayrılmağın əleyhinə səs vermişdi.