Fövqəladə Hallar Nazirliyi bu gün Bakıda, Şabranda və Kürdəmirdə baş verən yanğın hadisələri ilə bağlı məlumat yayıb.

Metbuat.az xəbər verir ki, hər üç yanğının qarşısı alınıb. Məlumatda qeyd olunub:

Bakı şəhəri, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 81 m2 olan 3 otaqlı mənzilin 2 otağının, dəhlizinin yanar konstruksiyaları 50 m2 və dam örtüyü 80 m2 sahədə yanmışdır. Qonşu mənzillər və mansardın qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:21-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şabran rayonu, Xırdaoymaq kəndində vətəndaşa məxsus ümumi sahəsi 176 m2 olan ikimərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:35-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Kürdəmir rayonu, Çöl Qubalı kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları 30 m2 və aynabəndin tavanı 70 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:58-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.