Ueyn Runinin "Mançester Yunayted"də qalıb-qalmayacağı bəlli deyil.

Metbuat.az-ın məlumatına görə, son olaraq klub əfsanələrindən Pol Skoulz Runinin gələcəyi haqqında danışıb:

"Runi "Mançester Yunayted" tarixinin unudulmaz simalarındandır. Düşünürəm ki, indi hər şey ondan asılıdır. Qalmaq fikrindədirsə, lap əla... Runi "Mançester Yunayted"dən ayrılmaq istəsə, onun qərarına hörmət etməliyik.

"Yunayted"in heyətində dəfələrlə meydana çıxıb, inanılmaz qollara imza atıb. Məncə, o, fərdi şəkildə klubdakı gələcəyi ilə bağlı qərar vermək haqqına sahibdir".

Qeyd edək ki, Ueyn Runi "Mançester Yunayted" tarixinin ən yaxşı bombardiridir.