Tarixboyu qızıl insanların vazkeçilməz əşyası olub. Hətta qızıla olan hərislikdən dolayı müxtəlif savaşlar çıxıb. Lakin heç kim hindistanlı Kumar Makkad qədər qızıl həvəskarı ola bilməz.
Metbuat.az xəbər verir ki, Kumar Makkad bu günə qədər puluna yalnız qızıl alıb. O, daha sonra sözügedən qızıllardan özünə paltar hazırladıb. Küçədə gəzintiyə çıxanda Kumarın üzərindəki qızılların ümumi məbləği 400 min dollara yaxın olur. "Qızıl Baba" ləqəbi ilə tanınan hindlinin üzərindəki boyunbağı və qolbağların çəkisi 6 kiloqramdan çoxdur. Onu və bahalı paltarlarını heç kim oğurlamasın deyə, küçədə bu şəxsi 7 cangüdən qoruyur. "Qızıl mənim zəif nöqtəmdir" deyən hindli, sadəcə yatanda yox, çiməndə də qızılları əynindən çıxarmır. Bir müddət əvvəl ölkədə müqəddəs sayılan Qanq çayına da qızıl paltarla girməsi isə həmvətənlərinin etirazına səbəb olub.
Rəvan Nasiroğlu / Metbaut.az

