"Paşa Bank" iki bankın istiqrazları üzrə market-meykerliyə başlayır

"Paşa Bank" iki bankın istiqrazları üzrə market-meykerliyə başlayır
14:43 7 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir Maksim Tsurkov/

"Paşa Bank" ASC yanvarın 7-dən Bakı Fond Birjasının (BFB) üzvü olan "Paşa Kapital" şirkəti vasitəsilə "AccessBank" ASC və "Unibank" ASC-nin faizli, təmin edilməmiş, sənədsiz istiqrazları üzrə market-meyker xidmətləri göstərməyə başlayır.

Trend-in BFB-yə istinadən verdiyi məlumata görə, market-meykerin sözügedən istiqrazların hər biri üzrə üzərinə götürdüyü alış öhdəliklərinin həcmi 200 000 manat, alış və satış qiymətləri arasındakı qiymət dəhlizi 5% təşkil edir.

Qeyd edək ki, "Paşa Bank" ASC 2007-ci ilin iyununda yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2350574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR