Dünyanın yeni Eynşteyni bu qızdır

Alimlər müxtəlif ixtiraları, araşdırmaları ilə elm sahəsinə töhfələr verib.

Metbuat.az xəbər verir ki, bu dəfə isə bütün dünyanın gözün 23 yaşındakı gənc fizikdədir. Kubadan olan bu qadın əfsanəvi MIT-dən (Massachusetts Institute of Technology) 5.0 ortalama və ''Physics Orloff Scholarship'' təqaüdü ilə məzun olub. Harvard Universitetinin fizika fakultəsinin aspirantı olan Sabrina Gonzales Pasterskini dünyanın yeni Eynşteyni adlandırırlar. Gənc fizik də, Eynşteyn kimi qara dəliklər, yerin cazibə qüvvəsi ilə kosmik zamanın xüsusiyyətləri ilə məşğul olur. 14 yaşında öz əlləri ilə təkbaşına birmotorlu təyyarə quraşdıran və onunla Çikaqo səmalarında uçan Sabrina, kainatın bəzi qaranlıq sirrlərini açmağa çox yaxındır.

Qeyd edək ki, Sabrina mobil telefondan istifadə etmir, "Facebook" və "İnstaqram" hesabı yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR