Böyük Britaniya Ukraynaya hərbi və maliyyə dəstəyini davam etdirməyə, həmçinin raket tədarükünü sürətləndirməyə hazırlaşır.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Britaniyanın Baş naziri Endi Börnham Ukrayna Prezidenti Volodimir Zelenskinin Londondan konkret dəstək almadan ayrılmayacağını bildirib.
Börnham Kiyev və Vaşinqton arasında münasibətlərin bərpasına kömək etməyə hazır olduğunu da vurğulayıb. O, bu məqsədlə ABŞ Prezidenti Donald Trampı tənqid etməkdən çəkinib.
BBC-nin məlumatına görə, görüş zamanı Ukraynaya Rusiyanın yüksək sürətli reaktiv dronlarını ələ keçirmək üçün nəzərdə tutulan yüngül və çoxməqsədli raketlərin çatdırılmasının sürətləndirilməsi məsələsinin gündəmə gələcəyi gözlənilir.
Qeyd edək ki, Volodimir Zelenski Londonda Böyük Britaniya Kralı III Çarlzla da görüşüb.
Bununla yanaşı, Ukrayna tərəfi ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşneri yaxın günlərdə Brüsseldə görüşə dəvət edib. Zelenskinin də danışıqlarda iştirakı gözlənilir.
Ukrayna Prezidenti bu həftə Avropa İttifaqı, Danimarka, Litva və Böyük Britaniya ilə aparılacaq danışıqlardan dəstəklə bağlı müsbət qərarlar gözlədiklərini bildirib.