Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqi narazılıq yaradıb. Administrasiya nümayəndəsinin sözlərinə görə, o, işini əhəmiyyətli dərəcədə yaxşılaşdırmasa, vəzifəsini itirə bilər.

Metbuat.az xəbər verir ki, “MS Now” telekanalının məlumatına görə, təxminən 14 dəqiqə davam edən brifinqdə Zakariya cəmi üç jurnalistin suallarını cavablandırıb. ABŞ Prezidenti Donald Tramp isə mətbuat katibinin ilk çıxışını müsbət qiymətləndirərək brifinqin “çox yaxşı” keçdiyini bildirib.