Valideynləri, qohumları, əri tərəfindən şiddət və zorakılığa məruz qalan qadınların sayı heç də az deyil. Bəzən bu hadisələr daha eybəcər xarakter alaraq, hətta ailə üzvlərindən birinin digərinə təcavüz etməsi ilə nəticələnir.
Metbuat.az ölkəmizdə son illər ərzində bu zəmində baş vermiş bəzi hadisələri təqdim edir:
“Bacımın məndən xoşu gəlirdi, mən də onu sevdiyimi deyirdim”
Şabran rayon sakini, 18 yaşlı Rəvan Babayev 15 yaşlı ogey bacısı Vəfanı (təqsirləndiriləndən başqa yazıda adı hallanan digər şəxslərin adları şərtidir - H.Z.) zorlayıb.
Hadisə 2012-ci ildə baş verib.
Həmin ilin iyul ayında Rəvan atası Zahirə məxsus Xaçmaz rayonu, Manaf-oba kəndində yerləşən evə köçüb və orada yaşamağa başlayıb. O, sonra atası və ögey anası Sevdanın evdə olmamalarından istifadə edərək, Vəfa ilə cinsi əlaqədə olmaq istəyib. O, bu niyyətini ilk dəfə 2012-ci ilin avqustunda həyata keçirib. Rəvan o zaman Vəfa ailə ilk dəfə cinsi əlaqədə olub. 1999-cu il təvəllüdlü Vəfa ogey qardaşı ilə cinsi əlaqədə olmasını anlamayıb. Həmin ilin sentyabr ayının əvvəllərində Rəvan ögey bacısına zor tətbiq edib. O, əli ilə qızın ağzını bağlayaraq kömək çağırmasına imkan verməyib. O, Vəfanın paltarını soyunduraraq onunla cinsi əlaqədə olub. Rəvan 2012-ci ilin avqustundan 2013-cü ilin aprel ayına qədər Vəfa ilə ayda iki dəfə cinsi əlaqədə olub.
"Qızım cinsi əlaqəyə könüllü razı oldu"
Bərdə rayon Polis Şöbəsinə 21 yaşlı qızın atası tərəfindən zorlanması barədə məlumat daxil olub.
Şöbəyə şikayət ərizəsi ilə müraciət edən 21 yaşlı Günel Ağayeva (ad və soyad şərtidir) atası tərəfindən zorlandığını iddia edib. Gənc qadın bildirib ki, xeyli müddətdir ki, atasının təhdidləri ilə üz-üzədir və iyun ayında evdə kimsənin olmadığı vaxt atası onunla zorla cinsi əlaqədə olub.
Dərhal müraciətlə bağlı araşdırmalar başlanılıb. G.Ağayevanın atası olan 45 yaşlı Mətin Ağayev polis şöbəsinə dəvət edilib. O, ifadəsində bildirib ki, qızı ilə könüllü cinsi əlaqədə olub və ona qarşı zor tətbiq etməyib.
M.Ağayev etiraf edib ki, 21 yaşlı qızı ilə uzun müddət imiş ki, cinsi əlaqədə olmaq istəyirmiş və bu barədə ona dəfələrlə bildirib.
Nəhayət iyun ayında qızı atası ilə cinsi əlaqədə olmağa razılıq verib. Bundan bir neçə gün sonra isə G.Ağayeva polis şöbəsinə müraciət edərək atasından şikayət edib.
Bakıda qohumu 11 yaşlı qızı zorladı
Bakının Xətai rayonunda uşaq zorlanıb.
Xətai Rayonu Polis İdarəsindən cinayətin qurbanının 11 yaşlı qız olduğu bildirilib.
Cinayət işinin açılması üçün zərər çəkmiş qızın atası polisə müraciət edib. Kişi qeyd edib ki, cinayət 23 mart tarixində, təxminən axşam saatlarında baş verib. Bəxtsiz ata bildirib ki, qızını zorlayan şəxs evinə qonaq gələn 1986-cı il təvəllüdlü A.Hümbətov olub.
Şikayətçinin sözlərinə görə, Hümbətov onun qızı ilə təklikdə qalıb və azyaşlını zorlayıb. Daha sonra o, cinayət yerindən qaçıb. Yalnız bundan sonra qızın valideynləri hadisədən xəbər tutublar.
Kişi 13 yaşlı əmisi qızını zorladı
Azərbaycanda zorlama əməlinə görə axtarışda olan E.Siyahbərzadə Rusiyada saxlanılıb.
2012-ci ildə əmisi qızını zorlayan 25 yaşlı Yevlax sakini hüquq-mühafizə orqanlarından 5 il gizlənə bilsə də, Saratovda tutulub.
Saratov Prokurorluğundan verilən məlumata görə, o, hazırda öz ölkəsinə ekstradiya olunur.
Mənbə bildirir ki, Azərbaycanda axtarışda olan bu şəxsin təcavüz etdiyi qızın 14 yaşı tamam olmayıb. Onunla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 152.2-ci maddəsilə cinayət işi açılıb.
Saxlanılan şəxs Rusiya Penitensiar Xidməti vasitəsilə Azərbaycana ötürülmək üçün Dağıstana yola salınıb.
Xalası qızı ilə nişanlandı, dayısı qızını zorladı
Şamaxı rayon sakini, 1988-ci il təvəllüdlü Mövli Mövliyev dayısı qızını zorlayıb
Hadisə 24 mart 2013-cü il tarixdə baş verib.
Mövli dayısı Eldarın (ad şərti verilib - H.Z) Şamaxı rayonu Göylər kəndindəki evində qonaqlıqda olub və yeyib-içib. Mövli sərxoş olandan sonra gecə saat 01.00-da dayısı qızı Günelə dəfələrlə zəng edib, habelə SMS-lər yazaraq onunla görüşmək istədiyini, vacib sözünün olduğunu deyib. Amma Günel Mövlinin nə telefon zəngələrinə, nə də SMS-lərinə cavab verməyib.
Mövli Mövliyev dayısı qızının evin ikinci mərtəbəsində yerləşən yataq otağında tək olduğunu bilib və bundan istifadə edərək, Güneli zorlamaq məqsədilə yataq otağına gedib. O, Günelin lüt vəziyyətdə yatmasından istifadə edərək onunla zorakı yolla cinsi əlaqədə olub.
Orxan / Metbuat.az