Həm dadlı, həm sağlıqlı...

Sadəcə yarım saatınızı alacaq bu dadlı yeməyi hazırlamağa nə deyirsiniz?!

Metbuat.az sobada toyuq kababının hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

2 ədəd toyuq filesi

2 xörək qaşığı bitki yağı

2 diş sarımsaq

1 xörək qaşığı şəkər tozu

1 xörək qaşığı quru və ya təzə doğranmış keşniş

1 xörək qaşığı soya sousu

Çili istioti, duz

Hazırlanma qaydasına gəldikdə, çöp şişləri 30 dəqiqə suda isladın. Toyuq filesini uzun formada kəsin. Marinad üçün bitki yağı, şəkər tozu, keşniş, soya sousu, əzilmiş sarımsaq, duz və istiot bir qabda qarışdırılır. Daha sonra fileni çöp şişlərə qat-qat (qarmoşka) şəklində düzün və marinadın içərisinə qoyun. Qabın üzərini streç salafanla örtün və soyuducuya 2 saat saxlayın..

Ətləri öncədən 200 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin. Çöpləri çevirməyi unutmayın.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR