Ötən ay boşanan məşhur müğənni Melani Brovnun məhkəmədə dedikləri gündəm yaradıb.

Metbuat.az xəbər verir ki, ifaçı həyat yoldaşının dayə ilə münasibətdə olduğunu və ona xəyanət etdiyini açıqlayıb. 10 illik ərindən ayrılan müğənni hazırda dayənin hamilə qaldığını da vurğulayıb. Sözügedən dayə isə cütlüyün üç uşağına baxırmış. Melani daha sonra keçmiş həyat yoldaşının dayəyə uşağı abort etdirmək üçün 300 min dollar verdiyini deyib.

Rəvan Nasiroğlu / Metbuat.az

Tanınmış müğənni: "Dayə ərimdən hamilə qalıb”