"Faciəvi hadisələr Markarovun “Neftçi”yə sevgisini öldürməyib"

"Faciəvi hadisələr Markarovun “Neftçi”yə sevgisini öldürməyib"
16:07 9 Aprel 2017
117 İdman
Ölkə mətbuatı
A- A+

"60-cı illərdə bizim yaxşı hücum üçlüyümüz var idi: Tuayev, Banişevski və Markarov. Sonuncu Bakıda yaşamır". Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev deyib.


"Moskva-Bakı" portalının suallarını cavablandıran Xalq yazıçısı "Neftçi"nin 80 illik yubleyi barədə danışıb. Abdullayev 1961-1970-ci illərdə "Neftçi"nin formasını geyinmiş, Bakıda doğulmuş erməni futbolçu Eduard Markarovun hələ də "Neftçi"yə azarkeşlik etdiyini bildirib: "Bir vaxtlar onu “İki respublikanın əfsanəsi” adlandırırdılar. Bütün hallarda Markarov hələ də “Neftçi”yə azarkeşlik edir. Son illər baş verən heç bir faciəvi hadisə onun sevimli komandasına sevgisini öldürə bilməyib".


Fanat.Az 



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotfacivi-hadislr-markarovun-neftciy-sevgisini-oldurmyibquot-t57453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR