Artıq çəkiniz varsa, bu qidalardan yeyin

Hər qadının kabusu olan artıq çəki yaz gəldikcə daha çox nəzərə çarpır.

Metbuat.az xəbər verir ki, xüsusilə, qarın bölgəsindəki yağlanmalardan şikayətçisinizsə, qatıq yeyin. Tərkibi probiotiklərlə zəngindir. Hər yemək arası qatıq yeyin, həzm sistemini sürətləndirəcək.

Qatıqda olan probiotiklər eyni şəkildə quşqonmaz bitkisində də da var. Quşqonmaz bağırsaqların sağlamlığı üçün bütün yararlı bakteriaları istehsal edir. Həmçinin, həzm sisteminin düzgün çalışmasını və bədəndə toplanan qazı xaricə atır.

Qarın bölgəsində şişkinlik varsa, kaliumla zəngin qidalanmalısınız. Banan da kalium baxımından olduqca zəngindir. Amma banan sevməyənlər onun əvəzinə kartof yeyə bilər. Bu qidalar bədəninizdəki duz yığımını azaldacaq.

Qarın bölgəsindəki yağlanmadan şikayətçisinizsə, maye tərkibli meyvə və tərəvəzlər yeməlisiniz. Bu qidalar arasında xiyar ən idealıdır. Xiyarın həm kalorisi aşağıdır, həm də su ehtiyacınızın böyük bir hissəsini qarşılayır. Eyni zamanda xiyar həzm sisteminizin də sürətlə çalışmasını təmin edir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR