Bas "Qızıl buts" müsabiqəsində Messiyə çatdı

Bas "Qızıl buts" müsabiqəsində Messiyə çatdı
14:17 10 Aprel 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

Portuqaliyanın "Sportinq" klubunun fubolçusu Bas Dost "Qızıl buts" müsabiqəsində "Barselona"nın hücumçusu Lionel Messiyə çatıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 27 yaşlı forvard buna Portuqaliya çempionatının XXVIII turunda Azərbaycan milli komandasının üzvü Emin Mahmudovun da formasını geyindiyi "Boavişta" ilə ev oyununda nail olub. "Sportinq"in 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada rəqib qapısına 3 dəfə yol tapan hollandiyalı hücumçu cari çempionatda qollarının sayını 27-yə çatdırıb. Beləliklə, B.Dost və L.Messinin hesabında 54 xal var və onlar "Qızıl buts" cədvəlinə başçılıq edirlər.

Qeyd edək ki, "Qızıl buts" Avropa ölkələrinin milli çempionatlarının ən yaxşı bombardiri üçün təsis edilən mükafatdır. "Top-5" liqalarında 1 qol 2 əmsalla dəyərləndirilir. Ötən mövsüm mükafata 40 qolla "Barselona"nın uruqvaylı hücumçusu Luis Suares layiq görülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/533684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR