Silah dükanını talayıb Trampı təhdid etdi

ABŞ-ın Viskonsin əyalətində oğurluq hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, Cozef Yakubovski adlı gənc silah dükanından xeyli sayda oldu silah oğurlayıb. Hadisədən sonra o, prezident Donald Trampa məktub yazıb. Hökumətin tənqid olunduğu məktubda dini ifadələr də yer alıb. Bu üzdən bölgədəki kilsələrdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Gəncin hökumətə qarşı qəzəbli olduğu diqqətə çatdırılır. Şübhəlinin həbs olunması üçün 150 polisdən ibarət xüsusi qrup yaradılıb. Onun yeri barədə məlumat verənə 10 min dollar mükafat ayrılıb.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR