İngiltərə Premyer Liqası:

İngiltərə Premyer Liqasında 32-ci tura yekun vurulub.

Metbuat.az-ın məlumatına görə, turun sonuncu matçında "Arsenal" "Kristal Pelas"ın qonağı olub. Matç ev sahiblərinin üstünlüyü şəraitində keçib.

17-ci dəqiqədə Taunsend hesabı açıb. İlk hissə "Pelas"ın minimal üstünlüyü ilə yekunlaşıb. İkinci 45 dəqiqədə "qırmızı-göylər" Kabay və Milivoyeviçin sayəsində daha iki dəfə "Arsenal"ın qapısına yol tapıb. Beləliklə, "topçular" səfərdə biabırçı məğlubiyyətlə üzləşib.

İngiltərə Premyer Liqası

32-ci tur

"Kristal Pelas" - "Arsenal" - 3:0

Qollar: Taunsend, 17, Kabay, 63, Milivoyeviç, 68 (pen.)

Matçın videoicmalını təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR