Çempionlar Liqasında 1/4 final həyəcanı

Çempionlar Liqasında 1/4 final həyəcanı
11:47 11 Aprel 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinə start veriləcək. Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.


Şübhəsiz ki, günün ən maraqlı mübarizəsi Turində olacaq. Turnirin favoritləri arasında göstərilən “Yuventus”la “Barselona” erkən finalda qarşılaşacaqlar. Bu, tərəflərin avrokuboklar tarixində 8-ci dueli olacaq.


Matçdan əvvəl “Barselona”nın heyətlə bağlı problemləri var. Rafinyanın bu görüşdə meydana çıxmayacağı dəqiqdisə, Aleş Vidal və Arda İtaliyaya aparılıb. Serxio Buskets isə cəza üzündən meydana çıxmayacaq. “Yuventus”da isə yeganə itki zədəli Marko Pyatsadı. Digər xorvatiyalı forvard Mario Mandzukiçin vəziyyəti isə matç günü müəyyənləşəcək.


Günün digər oyununda Dortmund “Borussiya”sı “Monako”nu qəbul edəcək. Mövsümün sürpriz komandası “Monako” 1/8 final mərhələsində gözlənilmədən “Mançester Siti”ni üstələyib. Hazırda əla formada olan Knyazlıq klubu “böyük beşlik” ölkələrində ən çox qol vuran iki komandadan biridi. Bu da əsasən gənc futbolçularla mübarizə aparan “Borussiya”nın işinin asan olmayacağından xəbər verir. Bu cütlükdə kimisə favorit göstərmək çox çətindi. “Monako” məhsuldarlığını Almaniyada da nümayiş etdirib, cavab qarşılaşmasına sərfəli nəticə ilə çıxmağa çalışacaq. (apasport.az)


Çempionlar Liqası

1/4 final

İlk oyunlar


11 aprel

22.45 Yuventus (İtaliya) - Barselona (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa).

Turin, “Yuventus” stadionu.


22.45 Borussiya (Dortmund, Almaniya) - Monako (Fransa)

Baş hakim: Daniele Orsato (İtaliya).

Dortmund, “Siqnal İduna Park”.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cempionlar-liqasnda-14-final-hycan-t57501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR