"Hansı ata qızının "Arsenal"lı futbolçu ilə münasibət qurmasını istər?"

"Hansı ata qızının "Arsenal"lı futbolçu ilə münasibət qurmasını istər?"
13:47 11 Aprel 2017
72 İdman
Ölkə mətbuatı
A- A+

Ceymi Karraqer Premyer Liqanın 32-ci turunda "Kristal Palas"a 0:3 uduzan "Arsenal" futbolçularını ciddi tənqid edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Liverpul"un sabiq müdafiəçisi onları "qorxaq" adlandırıb.

"Məğlubiyyətdən sonra futbolçular bəzən müsahibə verib özlərinə bəraət qazandırmağa çalışırlar. Oyundan sonra olanları anlatmaq mənə gərək deyil. Normal oyun göstərin. Kənardan elə görünür ki, "Arsenal" futbolçuları dəyişiklik istəyir. Venqerə hörmət edirəm.

Amma dəyişiklik zamanı yetişib. "Arsenal" Premyer Liqada 4-cü yeri yaxşı nəticə kimi qəbul etməyə alışıb. Bu, özü ciddi problemdir. Onlar mükafat uğrunda mübarizə aparmalıdır, ik "dördüly"ə düşmək üçün yox. "Topçular" bəzi dəyərlərini itirib. Hansı ata qızının "Arsenal"lı futbolçu ilə münasibət qurmasını istər ki? Onlar problemlərdən qaçan qorxaqlardır. Klubda işlər qaydasında deyil".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534026.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR