Müğənni Serdar Ortaçın atı ABŞ-da keçirilən yarışa qatılıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ötən ay İlkay Kantarmacı tərəfindən hədiyyə olunan "Lunar Rover" adlı at yarışda müğənniyə 18 min lirə qazandırıb.
Dəyəri 800 min lirə olan at yarışda ikinci olub.
Xatırladaq ki, bu yaxında müsahibələrindən birində S.Ortaç qumarda uduzduqdan sonra onu tərgitmək üçün hər cür yola əl atdığını bildirib. O, hazırda at yarışlarına böyük maraq göstərdiyini və daha bir at alacağını açıqlayıb. Sənətçi ikinci atının adını "Xloe" qoymaq fikrindədir.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində