ABŞ: İŞİD-də “zarin” qazı yoxdur

ABŞ: İŞİD-də “zarin” qazı yoxdur
07:09 12 Aprel 2017
118 Digər
Ölkə mətbuatı
A- A+

 

 

ABŞ administrasiyasında hesab edirlər ki, İŞİD terror qruplaşması Suriyada əsəb-iflic təsirli “zarin” qazına malik deyil,  terrorçuların isə İdlibdəki kimyəvi silah istifadəsi ilə heç bir əlaqəsi yoxdur.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ administrasiyasının rəsmi nümayəndəsi bildirib.

 

“Rusiya tərəfi iddia edir ki, terrorçulara məxsus silah-sursat anbarlarına zərbələr endirilib. İŞİD-in və ya digər terrorçuların “zarin” qazına malik olması barədə bizdə  heç bir məlumat yoxdur”, - deyə ABŞ administrasiyasının rəsmi nümayəndəsi bildirib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271957

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR