FOUR SEASONS-un gələcəyə baxışı

FOUR SEASONS-un gələcəyə baxışı
09:32 12 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Four Seasons Hotels and Resorts - qlobal portfoliosunu inkişaf etdirərək dəbdəbəli otel və yaşayış layihələri üçün partnyorluq mövqeyini gücləndirməyə davam edir.

Four Seasons Hotels and Resorts, dünyanın aparıcı lüks şirkəti olaraq, öz mövcudluğunu lüks otel və iqamətgah sahəsində daha da gücləndirir. Həmçinin, isirahət, dəbdəbəli otel seçimində özünü əsas biznes partnyoru kimi təsdiqləyir.

Planlaşdırma və inkişafın müxtəlif mərhələlərində olan 50-dən çox layihə ilə, şirkət əhəmiyyətli lüks səyahət istiqamətində dünya üzrə portfoliosunu genişləndirilməyə davam edir.

"Bizim məqsədimiz ən geniş və böyük şəbəkə olmaq deyil; ən yaxşısı olmaqdır", - C. Allen Smit, Four Seasons Hotels and Resorts-un prezidenti və icraçı direktoru deyir.

"Biz yalnız lüks müştəriyə yönəlmişik. Cari sahə konsolidasiyası və əmtəələşmə fonunda, Four Seasons-un lüks sahədə liderliyi genişləndirmək üçün böyük imkanları var.

Lakin tək bazar dinamikası uğura təminat vermir," - Smit davam edir.

"Bizim istedadlı komandamızın qonaqlara xüsusi və fərdi xidmət təqdim etməsi, gördükləri işi sevgi ilə həyata keçirməyi uğurumuzun göstəricisidir".

"Bu öhdəçilik tək xidmət mükəmməlliyinə aid deyil, sahibkarların Four Seasons ilə investisiya və əlaqələrinin tam dəyərini anlaması bizim üçün prioritetdir", - Smit deyir.

Seçilmiş Biznes partnyoru

Şirkətin bu mühüm dəyərlər üzərində addım atması Mişel Krofvordun yenicə yaradılmış Prezident, Portfolio İdarəçiliyi və Sahibkarlıq Münasibətləri roluna təyin olunması ilə əlaqədardır. Krofvord 2014-ci ildə Four Seasons-a Asiya və Sakit okeanı regionunu üzrə Prezidenti kimi qatıldı, 2016-ci ildə isə yeni vəzifəyə təyin olundu.

Quruculuq, tikinti və satınalma üzərində olan öhdəçilikdən əlavə, Krovford inkişaf layihələrinin məhsuldar olması, yeni binalar daxil olmaqla, strateji konversiya və adaptiv təkrar istifadə oluna biləcək tarixi əhəmiyyətli binaları, şirkətin individual otel sahibkarları ilə birgə çalışmaları uyğunlaşdırır.

"Hotel sahibləri ilə uzunmüddətli əməkdaşlıq bizim biznes modelinin əsasıdır və hər Four Seasons əmlak olduğu kimi, hər bir otel sahibi unikaldır", - Krofvord deyir. "Hər otel sahibinin unikal baxışının və məqsədlərinin aydın nəzərə alınması, həmçinin qonaqlar ilə də, bu cür özəl münasibətlərin eyni səviyyədə tətbiq edilməsi Four Seasons üçün əsas rəqabət üstünlüyü olmağa davam edir."

Hədəf artımı: 2017 və daha sonra

Bu gün Four Seasons Çində - Tianjində, 9-cu otelini təsis etdi və əlavə olaraq 2017-ci ildə bir neçə mühüm bazarlarda öz mövcudluğunu genişləndirəcək; həm London (Ten Trinity Square) , həm də Seyşel adalarında (Desroches Island) ikinci otel, həmçinin Floridada (Surfside) dördüncü otelin açılışı buna nümunə ola bilər. Bununla dayanmayaraq, şirkət bu il ərzində Küveyt, Megève və Tunis kimi tam yeni istiqamətlərdə də otellər açmağı planlaşdırır .

Monreal, Los Kabos, Banqkok, Madrid, Filadelfia, Sãn Paulo, Benqaluru, və Kuala Lumpur, eləcə də Boston və Tokio-da Four Seasons otel, istirahət və yaşayış üçün planlarını açıqladı.

2016-cı ilin bu inkişaf planı artıq Four Seasons-un qlobal portfoliosuna əlavə olunacaq: Four Seasons Hotel Dubai International Financial Centre, Four Seasons Hotel Bogotá, Four Seasons Hotel Abu Dhabi Al Maryah Island, Four Seasons Resort O'ahu at Ko Olina, Four Seasons Hotel Jakarta, Four Seasons Hotel New York Downtown, Four Seasons Hotel Kyoto, Four Seasons Resort Anguilla, and Four Seasons Resort The Nam Hai, Hoi An, Vietnam. Four Seasons ilk dəfə olaraq özəl ada təcrübəsini tanıtdı - Voavah, Baa Atoll-da yerləşən Four Seasons Private Island Maldives, dünyanın yeganə UNESCO-nun eksklüziv istifadəsində olan Dünya Biosfer Qoruğuna daxildir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/534182.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR