Pəhrizdə olanlar da makaron yeyə biləcək. Metbuat.az ləzzətli makaron salatının hazırlanma qaydasını təqdim edir:
Tərkibi:
1 paket makaron
350 qr brokoli
6-7 ədəd xırda pomidor
4-5 ədəd qulançar (quşqonmaz)
Limon suyu
Zeytun yağı
Duz
Makaron və qulançarı qaynadıb, süzün. Məhsulları bir qaba doğrayın. Üzərinə duz, limon suyu və zeytun yağı əlavə edib, servis edə bilərsiniz.
Nuş olsun!
Aysel Yaqubqızı / Metbuat.az