Bakıda uçqun olub, ölən və yaralananlar var

Bakı şəhərində bina uçub.

Paytaxtın Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, “Green City” istirahət mərkəzində qeydə alınıb. Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Fövqəladə Hallar Nazirliyindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıb. Hazırda xilasetmə işləri davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR