Deputat: "Ermənistanla Azərbaycanı hansısa sahədə müqayisə etmək mümkün deyil"

Deputat: "Ermənistanla Azərbaycanı hansısa sahədə müqayisə etmək mümkün deyil"
17:48 12 Aprel 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

“Bloger Aleksandr Lapşinin ölkəmizə ekstradisiya olunmasının əsas məqsədi o idi ki, başqa dövlətlər Azərbaycandan narazı qalsa belə, biz Qarabağ məsələsində güzəştə gedilməsinə razı olmarıq”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə bildirib.

O deyib ki, Azərbaycanın atdığı bütün addımlar beynəlxalq hüququn tələblərinə söykənir.

Prezident İlham Əliyevin keçirdiyi müşavirədə səsləndirdiyi fikirlərin əhəmiyyətinə də toxunan deputat qeyd edib ki, ölkə başçısı həmin müşavirədə Qarabağ məsələsi ilə bağlı da çox əhəmiyyətli fikirlər söyləyib:

“Cənab Prezident keçirdiyi müşavirədə bir daha bəyan etdi ki, Dağlıq Qarabağ məsələsində Azərbaycan tam haqlıdır və ərazimizin işğalı ilə bağlı heç vaxt barışmayacağıq. Ölkə başçısının da qeyd etdiyi kimi, son illər işğalçı Ermənistanın nüfuzu aşağı düşüb, Azərbaycanın nüfuzu isə daha da artıb. İşğal altında olam Dağlıq Qarabağda və Ermənistanda təşkil olunan qondarma seçkiləri beynəlxalq aləm izləsə də, ancaq beynəlxalq təşkilatlar Qarabağdakı qondarma seçkiləri tanımayıb. Bu gün Ermənistan ilə Azərbaycanı hansısa sahədə müqayisə etmək mümkün deyil. Çünki Azərbaycanda inkişaf, sabitlik və uğurlu siyasət, Ermənistanda isə yoxsulluq, səfalət və qeyri-sabitlik hökm sürür. Cənab Prezident də bir daha bəyan etdi ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində heç bir güzəştə getməyəcək”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/194794.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR