Mövsümün trend sırğaları - FOTOLAR

Mövsümün trend sırğaları - FOTOLAR
18:58 12 Aprel 2017
Ölkə mətbuatı
A- A+

80-ci və 90-cı illərdə dəbə minən halqa sırğalar ikinci dövrünü yaşayır.

Publika.az xəbər verir ki, o dövrlərin əsas bəzək əşyası mövsümün əsas tendensiyalarına daxil olub.

Otuz il əvvəl Madonna, Kortni Lav, Keyt Moss və başqaları onları böyük məmnuniyyətlə taxırdı. İndi də sizin zamanınız yetişib.

Cennifer Lopez isə halqa sırğaların dəbdə olub-olmamasına məhəl qoymadan istənilən dövrdə öz obrazını onların köməyi ilə vurğulayıb. O, halqa sırğaların ən böyük pərəstişkarıdır. Stil ikonası qızılı halqa sırğalarını taxanda adətən saçlarnı toplamağa üstünlük verir.

Halqalar müxtəlif - böyük, kiçik və orta ölçülərdə təqdim olunub. Əsasən qulağın arxasına və önünə bərkildilən iki halqalı sırğalar aktualdır. Lakin bu aksessuarın digər varinatlarını da diqqətdən kənar qoymaq doğru olmazdı.

Halqalar balerina toppuzunun və ya çalmaların fonunda xüsusilə gözəl görünür. Bundan başqa, onlar təkbaşına da obrazını əla tamamlayır, odur ki, əlavə aksessuar tələb olunmur.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/deb/194800.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR