Neftçalada motosiklet aşdı

Neftçalada motosiklet aşdı
20:19 12 Aprel 2017
131 Digər
Ölkə mətbuatı
A- A+

Neftçalada ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun  Aşağı Surra kəndindən keçən hissəsində motosiklet yoldan çıxaraq aşıb. 

 

Nəticədə Salyan rayonunun Babazanlı kənd sakinləri, 1980-ci il təvəllüdlü Qocayev Natiq Cahangir oğlu ağır kəllə-beyin travması və 1976-cı il təvəllüdlü Salamzadə Mehdi Gündüz oğlu kəllə-beyin travması ilə Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı Neftçala rayon polis şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272022

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR