Honkonqda üç avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, iki ikimərtəbəli sərnişin avtobusu və bir mikroavtobusun toqquşması nəticəsində 70 nəfər xəsarət alıb.
Xəsarət alanlara tibbi yardım göstərilib. Onların əksəriyyətinin yüngül yaralandığı bildirilir.
Qəzanın səbəbləri araşdırılır.
Milli.Az