Qısa boylu xanımlar, belə geyinin - FOTO

Qısa boylu xanımlar, belə geyinin - FOTO
23:05 12 Aprel 2017
226 Maraqlı
Ölkə mətbuatı
A- A+

Qısa boylu qadınlar təəssüf ki, sevdikləri hər paltarı rahatlıqla geyinə bilmirlər.

Siz də qısa boylu xanımsınızsa və bir az uzun görünmək istəyirsinizsə, qarderobunuzda mütləq bu geyimlər olmalıdır. Milli.Az lent.az-a istinadən həmin geyimlərdən bir neçə nümunə ilə sizi tanış edir.

Platforma hündürdaban ayaqqabılar
 
Çox incə hündürdaban ayaqqabılar qısa boylu xanımları kəndirbaza oxşada bilər. Boyunuzu uzatmaq və qəşəng görünmək istəyirsinizsə, biləkdən bağlamalı, qalın dikdaban platforma ayaqqabılara üstünlük verin.

Enli şalvarlar
 
Platforma ayaqqabılarınızı altında gizlədə biləcəyiniz enli şalvarlar ayaqlarınızı uzun göstərəcək. Eyni zamanda belinizi daha incə göstərəcək.

Bədənə yapışan enli balaq cins şalvarlar
 
Ombaya oturan, dizlərin altında genişlənən cins şalvarlar hər qadının qarderobunda mütləq olmalıdır. Bu geyim ancaq qısa boylu xanımlar üçün həyatqurtarıcıdır. Uzun və qəşəng görünmək üçün hündürdaban çəkmə və ya sandal da geyinə bilərsiniz.

Ombanın altında bitən gödəkcə
 
Qısa boylu xanımlar üst geyimi seçərkən ən çox etdikləri səhv çox qısa və ya çox uzun olanları seçmələridir. Mütənasib görünmək istəyirsinizsə, gödəkcələriniz mütləq ombanızın altında bitməlidir. Bundan qısa olanı dəbdən düşmüş görünəcək, uzunu isə boyunuzu balaca göstərəcək.

Hər mövsümə uyğun V yaxa köynək
 
Gövdəniz qısadırsa, tərs üçbucaq yaxa diqqəti sinənizə çəkərək möcüzələr yarada bilər. Bütün mövsümlərdə geyinə biləcəyiniz yüngül bir paltar, darıxdırıcı olmayan rənglər və naxışlara üstünlük verin.

Midi paltar
 
Qısa boylu xanımlar ayaqlarının daha uzun görünməsi üçün yalnız mini ətək geyinməlidir fikri olduqca dəbdən düşmüş bir düşüncədir. Midi ətək sizi zərif göstərəcək. Yeganə olaraq bir məqama diqqət edin: ətəyin uzunluğu ayaq biləklərinizə çox yaxın olmasın.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/533080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR