Pula ehtiyacım var və problemlərimi həll etmək üçün zəhmətimlə çalışıramsa, burada pis nə va ki?!

Bosniya-Hersoqovinadakı Pink TV telekanalında nümayiş olunan "The Mighty Program"ın artıq sabiq aparıcısı, realiti-şou ulduzu 26 yaşlı Senada Nuriç belə deyib.

Əyləncə şousunun aparıcısı olmuş bu qadın fahişəliklə məşğul olduğuna görə işdən qovulub.

Milli.Az The Sun-a istinadən bildirir ki, Nuriç qovulandan dərhal sonra proqram da bağlanıb.

S.Nuriçin dediyinə görə, hər cinsi əlaqə üçün müştərisindən 500 dollar, bir neçə kişi ilə eyni zamanda cinsi əlaqədə olmaq üçünsə təqribən 100 dollar alırdı.

"Müştərilərimin tam əksəriyyəti iş adamlarıdır və onların evlərində, mənzillərində görüşürdüm. Onlar yaraşıqlı kişilərdir. And olsun Tanrıya ki, bəzi qızlar belə kişilər haqqında yalnız xəyal edə bilərlər. Onlar mənə yaxşı pul verir, hədiyyələr yollayırlar", - S.Nuriç söyləyib.

Bosniya-Hersoqovinada fahişəliyin yasaq olması da S.Nuriçi qorxutmur. Onun dediyinə görə, nişanlısı siyasətçidir və həbsinə də əsla imkan verməz.

S.Nuriç onu da deyib ki, sevgilisi ilə bu yaxınlarda ailə qurmağa hazırlaşır.

"Sevgilimlə nişanlanmışıq. Nişanlım kişilərlə yatağa girdiyimi bilir. Amma nə olsun, bu, mənim işimdir. O, işimi anlayışla qarşılayır və qısqanmır", - S.Nuriç söyləyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Əxlaqsız teleaparıcı: "Nişanlım kişilərlə yatağa girdiyimi bilir" - VİDEO - FOTOFahişə olduğunu etiraf edən aparıcı işdən qovuldu