Qadınlar ayaq tüklərindən niyə qurtulmaq istədilər? - Sən demə, II Dünya müharibəsində...

Qadınlar ayaq tüklərindən niyə qurtulmaq istədilər? - Sən demə, II Dünya müharibəsində...
12:53 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Günümüzdə xanımların gözəllik xətrinə gördükləri bəzi tədbirlər İkinci Dünya Müharibəsi illərindən gəlir.

Bunlardan biri də ayaqların xoşagəlməz tüklərdən təmizlənməsidir. Bu gün tam gigiyenik şəraitdə xüsusi lazer epilyasiyaları xidmət göstərir. Amma qadınlar müharibə illərində bunu heç də gözəllik xətrinə etməyiblər. O dövr üçün bu, heç dəb də deyildi. Proses gigiyenik olmayan şəraitdə gedirdi.

Qadının müharibədən əvvəlki vaxtlarda küçəyə çılpaq ayaqlarla çıxması ədəbsizlik sayılırdı. Buna görə də onlar uzunboğaz corablar geyinirdilər.

Ancaq müharibə ərəfəsində corabları demək olar ki, tapmaq mümkün olmurdu. Əlacsız qalan qadınlar məcburiyyət qarşısında ülgüc ilə ayaqlarını təmizləyib, üzərinə yarıya qədər tonal krem çəkərək "corab varmış" kimi görüntü yaradırdılar.

Dövrün bir sıra gözəllik salonları bunu xidmət halına salaraq öz müştərilərinə uyğun qiymətə təklif edirdilər.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qadin/194882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR